ABŞ Dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erika Olson Gürcüstana səfər edib.

Unikal.org xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyi məlumat yayıb.

Olson burada ölkənin xarici işlər naziri və digər siyasi şəxslərlə görüşlər keçirəcək.

Qeyd ki, amerikalı diplomat bundan əvvəl Ermənistanda olub. O, İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Olsonun növbəti dayanacağı Azərbaycan olacaq.