Müdafiə Sənayesi Nazirliyi (MSN) ilə Azərbaycan Milli Elmlər Akademiyası(AMEA) arasında elmi-texniki əməkdaşlıq əlaqələri çərçivəsində 05.11.2021-ci il tarixində Milli Aerokosmik Agentliyi ilə İdarəetmə Sistemləri İnstitutu arasında görüş keçirilmişdir. Görüş zamanı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru Natiq Cavadov şəxsində və Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun  baş direktoru Əli Abbasov şəxsində elmi tədqiqatların aparılması və innovativ məhsulların yaradılması sahəsində birgə fəaliyyət barədə razılıq əldə olunmuş və memorandum imzalanmışdır.

Unikal.org xəbər verir ki, tərəflər ölkənin iqtisadi və müdafiə potensialının gücləndirilməsinə xidmət edən, innovativ texnologiyalar əsasında perspektiv məhsulların layihələndirilməsi,iqtisadi, sosial, ekoloji və müdafiə xarakterli tətbiqi tədqiqatların aparılması,müxtəlif xarakterli kompleks sistemlərin layihələndirilməsi,doktorant və dissertantların məşğulluq səviyyəsinin artırılması,kadr mübadiləsi və digər sahələr üzrə qarşılıqlı əməkdaşlıq edəcəklər.