İngiltərənin "Nyukasl" klubu yeni baş məşqçisinin adını açıqlayıb.

Unikal.org Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Eddi Hau təyin olunub. 44 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Nyukasl" rəhbərliyi oktyabrın 20-da komandanın sabiq baş məşqçisi Stiv Brüsü istefaya göndərib. Hazırda "sağsağanlar" 5 xalla turnir cədvəlində 19-cu pilləni tutur.