UEFA Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasına texniki məğlubiyyət verib.

Unikal.org UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna yığmanın koronavirusa yoluxma hallarına görə Avropa çempionatının seçmə mərhələ oyunlarında meydana çıxa bilməməsi səbəb olub.

Qeyd edək ki, 3-cü qrupda yer alan millinin heyətində Həmzəalı Mikayılov (“Sabah”), Adəm Topalov (“Səbail”) və İbrahim Ağayarovun COVID-19 testi müsbət çıxdığından komanda Norveç, Belçika və Lüksemburqla matçlarda iştirak edə bilməyib.