“Barselona” klubunun zədəli futbolçusu Ansu Fatinin durumu məlum olub.

Unikal.org xəbər verir ki, 18 yaşlı hücumçunun zədəsi o qədər də ciddi deyil. Fati 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, adıçəkilən futbolçu La Liqanın 13-cü turunda “Selta” ilə matçda (3:3) sıradan çıxıb.