Rusiya Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan sərhədindəki gərgin vəziyyətlə bağlı məlumat yayıb.

Unikal.org xəbər verir ki, Rusiya MN-dən bildirilib ki, müdafiə naziri Sergey Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə danışıqlarından sonra Kilisəli dağları rayonunda gedən silahlı toqquşmalar dayanıb, sərhəddə Rusiyanın vasitəsilə atəşkəs elan edildikdən sonra vəziyyət normallaşıb.