"Əmək pensiyalarının orta aylıq məbləğinin 2022-ci ildə 345 manat təşkil edəcəyi proqnozlaşdırılır. Əmək pensiyalarının minimum məbləği anlayışı 2017-ci ildə daxil edilib və 110 manat məbləğində müəyyən olunub. 2022-ci ildə bu məbləğin 240 manata çatdırılması nəzərdə tutulur".

Unikal.org xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, cari və növbəti illər üzrə pensiyaların orta aylıq məbləğinin artımı müvafiq olaraq 9,4 və 4,4% olaraq qiymətləndirilir. 

"2022-ci ildə hamiləliyə, 1 yaşında uşağa baxmağa, 3 yaşında uşağa qulluq üzrə, dəfn üçün müavinətlər və s. müavinətlər üçün 180 milyon manat ayrılır. Bütün müavinətlərdə artım proqnozlaşdırılır”.

Anar Kəlbiyev