"Bavariya"nın "Auqsburq"a 1:2 hesabı ilə uduzduğu Almaniya Bundesliqasının XII tur matçı Münhen təmsilçisinin futbolçusu Tomas Müller üçün əlamətdar olub.

"Unikal" "Opta"ya istinadən xəbər verir ki, son ölkə çempionunun heyətində 600-cü oyununu keçirən 32 yaşlı hücumçu komandanın tarixinə düşüb.

Almaniya millisinin üzvü hazırda bu göstərici ilə sahə oyunçuları arasında 1-ci, ümumilikdə isə 3-cü pillədə yer alıb. O, yalnız qapıçılar Zepp Mayer (661 oyun) və Oliver Kandan (632) geri qalır.

Qeyd edək ki, "Bavariya" 28 xalla Bundesliqaya başçılıq edir.