"Dövlət Gömrük Komitəsi 2021-ci il üçün nəzərdə tutulan büdcə öhdəliyini artıq 11 ay ərzində yerinə yetirib".

"Unikal" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev "Twitter" hesabında yazıb.

DGK sədri bildirib ki, 3 milyard 900 milyon manat proqnoza qarşı dekabrın 1-dək 3 milyard 936,3 milton manat vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin olunub.