Müəyyən imtiyazlı şəxslər Qarabağa pulsuz bilet ala biləcəklər.

"Unikal" xəbər verir ki, bu sözləri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev deyib.

Xidmət rəisi bildirib ki, bu kateqoriyaya Vətən Müharibəsi Qəhrəmanları, Milli Qəhrəmanlar, şəhid ailələri üzvləri, Qarabağ müharibəsi əlilləri aiddir. İmtiyazlı şəxslərə də işğaldan azad olunmuş ərazilərə il ərzində yalnız bir dəfə səfər etmək hüququ verilir.