Qış Olimpiya Oyunlarının ev sahibi - Çin idmançıları daha bir qızıl medal qazanıb və medal sıralamasında ABŞ-ı qabaqlayaraq üçüncü yerə yüksəlib.

"Unikal" xəbər verir ki, hazırda Çin yığmasının aktivində 9 qızıl, 4 gümüş və 2 bürünc medal var. Yarışların başa çatmasına bir gün qalmış Norveç yığmasının medal cədvəlində liderliyi davam edir. Hesabında 15 qızıl, 8 gümüş və 12 bürünc medal olan Norveç komandasının yarışları birinci pillədə başa vuracağı artıq şübhə doğurmur. Belə ki, onun ən yaxın izləyicisi - Almaniya yığması hələlik 11 qızıl, 8 gümüş və 5 bürünc medala sahibdir.

Dördüncü yerdə 8 qızıl, 9 gümüş və 7 bürünc medalla ABŞ komandası qərarlaşıb.