"Fənərbaxça" Türkiyə Superliqasında növbəti oyununa çıxıb. 

"Unikal" xəbər verir ki, İstanbul təmsilçisi 26-cı turda doğma meydanda "Hatayspor" ilə qarşılaşıb. "Fənərbaxça" qarşılaşmada minimal hesabla qalib gəlib. 

Qeyd edək ki, "Fənərbaxça" hazırda turnir cədvəlində 43 xalla 5-ci, "Hatayspor" isə 39 xalla 8-cidir. 

"Fənərbaxça" - "Hatayspor" - 1:0

Qol: Serdar Dursun, 67, pen.,81, pen.