Gənclər və İdman Nazirliyi Azərbaycanda üç federasiyanın statusunu ləğv edib.

Nazirlikdən "Unikal"a verilən məlumata görə, bununla bağlı qərar qurumun Kollegiya iclasında qəbul olunub.

Qərara əsasən, Azərbaycan Peyntbol Federasiyası, Otüstü Hokkey Federasiyası və Azərbaycan Turan Do Federasiyası fəaliyyət göstərmədikləri üçün akreditasiyadan keçirilmələri mümkünsüz hesab edilib.

Qeyd edək ki, Azərbaycan Peyntbol Federasiyasının prezidenti Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli,  Otüstü Hokkey Federasiyasının prezidenti sabiq Vergilər naziri Fazil Məmmədov, Azərbaycan Turan Do Federasiyasının prezidenti isə mərhum Süleyman Məmmədli idi. 

Seymur Əli