Futbol üzrə Rusiya və İsveç milli yığmaları qarşılaşmalı olsalar, İsveç yığması görüşün yerindən asılı olmayaraq, görüşdə iştirak etməyəcək.

"Unikal" xəbər verir ki, bu barədə İsveç Futbol Federasiyasının rəsmi saytında məlumat verilib.

Bundan əlavə, İsveç Federasiyası FİFA-nı Rusiyanın iştirakı ilə martda keçiriləcək pley-off oyunlarını ləğv etməyə çağırıb.

Qeyd edək ki, Futbol üzrə Polşa millisi də Rusiyaya qarşı keçirməli olduğu dünya çempionatının pley-off oyunundan imtina edib.