Türkiyə kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

"Unikal" xəbər verir ki, yarışın son qalibi olan "Beşiktaş" evdə "Kayserispor"a uduzub. Rəqibinə 1:2 hesabı ilə məğlub olan İstanbul təmsilçisi mübarizəni dayandırıb.

"Beşiktaş" - "Kayserispir" - 1:2

Qollar: Qavranoviç, 6 (0:1), Rozye, 43 (1:1), Kardoso, 65 (1:2)

Qeyd edək ki, daha əvvəl "Trabzonspor" və "Sivasspor" yarımfinala vəsiqə qazanıblar. Bu mərhələnin son iştirakçısı martın 3-də oynanılacaq "Alanyaspor" - "Qaziantep" matçından sonra bəlli olacaq.