Çempionlar Liqasının 1/8 final mərhələsində "Real Madrid"in müdafiəsini aşa bilməyən Fransanın PSJ futbol komandasının rəhbərliyi klubun inkişaf planına yenidən baxmaq qərarına gəlib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Paris klubu braziliyalı hücumçu Neymarın səmərəliliyindən və həyat tərzindən narazıdır və onu yayda satmaq niyyətindədir. 

Xatırladaq ki, PSJ "Real"a 2:3 (1:0, 1:3) hesabı ilə uduzmuşdu. 

Ağarza Elçinoğlu