Tayvanda 5.1 bal gücündə zəlzələ baş verib. 

"Unikal" TASS-a istinadən xəbər verir ki, yeraltı təkanların episentri Nantou şəhərinin 29.4 km yaxınlığında yerləşib.

Zəlzələ 15 km dərinlikdə qeydə alınıb. 

Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

Qeyd edək ki, 23 milyon insanın yaşadığı Tayvan Şərqi Asiyanın seysmik cəhətdən aktiv bölgəsində yerləşir.