Rusiya Silahlı Qüvvələri müharibə başlayandan indiyə kimi Ukraynada 1443 tank və 201 PUA-nı məhv edib.

"Unikal" "Ria Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

"Əməliyyat başlayandan 201 PUA, 1443 tank və digər zirehli maşınlar, 147 YARS, 564 top və 1248 hərbi avtomobil məhv edilib" – deyə Konaşenkov qeyd edib.