Azərbaycan millisinin səfərdə Maltaya qarşı keçirdiyi yoldaşlıq oyunu başa çatıb.

"Unikal" xəbər verir ki, görüş Malta yığmasının qələbəsi ilə başa çatıb. Oyundan yeganə qolu 55-ci dəqiqədə Yurge Deqabriele vurub.

***22:09

Futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyununda səfərdə Malta yığması ilə qarşılaşır.

"Unikal" xəbər verir ki, Ta Qali şəhərindəki Milli Stadionda keçirilən görüşdə milli komandamızın heyətində meydana Səlahət Ağayev, Qara Qarayev, Azər Salahli, Maksim Medvedev, Höccət Haqverdi, Emin Mahmudov, Ramil Şeydayev, Abbas Hüseynov, Eddi İsrafilov, Filip Ozobiç və Aleksey İsayev çıxıblar.

Malta yığmasının start heyətində isə Anri Bonello, Rayan Kamenzuli, Stiv Borq, Andrey Acius, Mettyu Giyomye, Cozef Mbonq, Brandon Payber, Aleksander Satariano, Teddi Teuma, Yurge Deqabriele və Jan Borq yer alıblar.

Bu, Azərbaycan yığmasının 2022-ci ildə ilk matçıdır. Meydan sahiblərindən Keyn Attard, Azərbaycan millisində isə Namik Ələskərov zədə səbəbindən oynamır.