Ukraynada sərnişin qatarı ruslar tərəfindən atəşə tutulub. 

"Unikal" xarici KİV-ə  istinadən xəbər verir ki, hadisə Kiyev yaxınlığındakı Tarasovka stansiyasında baş verib. Bildirilir ki, rus hərbçilərinin açdığı atəş nəticəsində sərnişinlərdən biri yaralanıb. 

Qeyd edək ki, Ukraynada müharibə başlayandan xeyli sayda dinc sakin qəlpə və güllə yarasından həlak olub.