Rol aldıqları "Ada masalı" serialından sonra eşq yaşamağa başlayan Ayça Ayşin Turanla Alp Navruz ilk dəfə birlikdə görüntüləniblər.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük İstanbulun Etilər səmtində restorandan çıxarkən görüntülənib. Alp Navruz müxbirlərin münasibətləri ilə bağlı suallara "Xoşbəxtik" deyə, cavab verib.

Cütlük hazırda yeni layihələri dəyərləndirdiklərini, uyğun iş olduqda dijital platformada yenidən birgə rol ala biləcəklərini deyib.