DÇ-2022-nin daha iki iştirakçısı müəyyənləşib.

"Unikal" xəbər verir ki, ABŞ və Meksika yığmaları Qətərdə baş tutacaq dünya çempionatına qatılmaq hüququna yiyələnib.

KONKAKAF zonasının son oyununda ABŞ Kosta Rikaya 0:2 hesabı ilə məğlub olub, Meksika isə El Salvadora eyni hesabla qalib gəlib. Nəticədə Kanadadan sonra Meksika ikinci, ABŞ isə üçüncü yeri tutaraq, mundiala vəsiqə əldə edib.

Beləliklə, dünya çempionatının 32 iştirakçısından 29-nun adına aydınlıq gəlib.

Qeyd edək ki, ABŞ və Meksikaya kimi Qətər, Braziliya, Belçika, Fransa, Argentina, İngiltərə, İspaniya, Portuqaliya, Niderland, Danimarka, Almaniya, İsveçrə, Uruqvay, Xorvatiya, Seneqal, İran, Yaponiya, Mərakeş, Serbiya, Polşa, Cənubi Koreya, Tunis, Kanada, Kamerun, Ekvador, Səudiyyə Ərəbistanı və Qana noyabr-dekabr aylarında Qətərdə keçiriləcək dünya çempionatında iştirak hüququ qazanıb.