Türkiyənin Kocaeli əyalətinin Kefken rayonu sahillərində aşkar edilən dəniz minası Sualtı Müdafiə (SAS) qrupları tərəfindən zərərsizləşdirilib.

"Unikal" xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

***15:12

Türkiyənin Kefken adası sahillərində növbəti mina tapılıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Ərazidə təhlükəsizlik tədbirləri görülüb. Hazırda Hərbi Dəniz Qüvvələrinin minaaxtaranları minanı zərərsizləşdirirlər.