Ağ Ev və Dövlət Departamenti Beynəlxalq Transgender Görünüşü Gününü qeyd etmək üçün Amerika vətəndaşlarına pasportlarında "X" cinsiyyət seçimi veriləcəyini açıqlayıb.

"Unikal" "The Brussels Times"ə istinadən xəbər verir ki,  11 apreldən etibarən, pasportlarda "Kişi" və ya "qadın" seçimi ilə bərabər, "X" seçimi də əlavə olunacaq.

Açıqlamaya görə, Dövlət Departamenti ABŞ-da rəsmi şəxsiyyət sənədində bu seçimi təklif edən "ilk federal agentlik" olacaq.

Ağarza Elçinoğlu