Rusiyalı milyoner teleaparıcı Vladimir Solovyovun villasını yandırmağa cəhd edilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, villa İtaliyada Komo gölünün sahilində yerləşir. 

Xilasedicilər tez bir zamanda yanğını söndürüblər. İlkin araşdırmaya görə, özləri ilə təkər gətirən naməlum şəxslər müsadirə olunmuş evi yandırmağa çalışıb. 

Qeyd edək ki, ev artıq İtaliya hökuməti tərəfindən rus oliqarxlarına qarşı iqtisadi sanksiyalar çərçivəsində müsadirə edilib.

Ağarza Elçinoğlu