UEFA Avropa Liqasında yarımfinalın ilk iştirakçısı bəlli olub.

"Unikal" xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyununda İtaliyada "Atalanta"nı 2:0 hesabı ilə məğlub edən Almaniya "Leyptsiq"i adını növbəti raunda yazdırıb. Qolları 18-ci və 87-ci dəqiqələrdə Kristofer Nkunku vurub. İlk görüşdə qalib müəyyənləşməmişdi.

Bundesliqa təmsilçisi finala gedən yolda "Braqa" (Portuqaliya) - "Reyncers" (Şotlandiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq.

Qeyd edək ki, 1/4 finalın digər 3 cavab oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.