"Azad olunan ərazilərdə 706-sı dövlət qeydiyyatda olmaqla 2600-dən çox tarixi mədəniyyət abidələri var". 

"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli deyib.

Xidmət rəisi bildirib ki, Şuşa qalası, Xudafərin körpüləri, Gəncəsər, Xudavəng Monastrı, Qutlu Musa türbəsi, 1.5 milyon illik yaşı olan Azıx mağarası Qarabağ və Şərqi Zəngəzurda dünya əhəmiyyətli tarix mədəni abidələrdir. 

O qeyd edib ki, həmin abidələrdən bəziləri bərpa edilib. 

"Bunlardan Üzeyir Hacıbəylinin heykəli, Mola Pənah Vaqifin büstü və məqbərəsi, Bülbülün ev muzeyi artıq bərpa edilib. Bunların ardında Aşağ və Yuxarı Gövhər Ağa, Saatlı məscidləri bərpası işləri davam etdirilir. Yaxın zamanlarda Ağdam Cümə, Qiyaslı məscidinin bərpasına başlanılacaq. Paralel olaraq Üzərliktəpədə də arxeoloji işlər aparılır. Bu işlər yekunlaşdıqdan sonra ərazidə infrastruktur layihələrinin icrası nəzərdə tutulur".

Anar Kəlbiyev