Ukrayna kəşfiyyatının məlumatına görə, Qara dənizdə Rusiyanın 8 qanadlı raketdaşıyıcısı var.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanik bildirib.

Motuzyanikin sözlərinə görə, rusların Qara və Azov dənizlərində hərbi dəniz qrupları döyüş əməliyyatlarının aparıldığı ərazini təcrid etmək, kəşfiyyat aparmaq və sahil istiqamətində öz qoşunlarına atəş dəstəyi verməkdə davam edir.

"Qeyd etmək istərdim ki, kəşfiyyatımıza əsasən, hazırda Qara dənizdə “Kalibr” dəniz bazalı qanadlı raketlərin 8 daşıyıcısı var. Onların ümumi raket yaylımları hazırda 58 raketdir”, - Müdafiə Nazirliyinin sözçüsü bildirib.