Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd və Gəzi Parkı hadisələri ilə əlaqədar cinayət işi üzrə istintaqa cəlb olunan biznesmen Osman Kavala barəsində məhkəmə qərar verib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, hökuməti devirməyə cəhd ittihamı ilə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib, casusluq ittihamından isə bəraət alıb.