Tayvanın şərq sahillərində 4,7 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Çinin seysmoloji xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Taitung şəhərindən 70 km şimal-şərqdə, ocağı isə 29,4 km dərinlikdə yerləşib.

Yerin titrəyişləri Hualien, Taitung və Zhanghua əyalətlərində hiss olunub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.