Qazaxıstanın Türküstan vilayətində güclü yağışlar selə səbəb olub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Kazıqurt rayonunda bir neçə kənddə 50-dən çox evi su basıb.

200 nəfər təhlükəsiz əraziyə təxliyə edilsə də, sonradan evlərinə qayıdıb. Sarapxana və Kakpak kəndlərində 400 baş mal-qara tələf olub.

Aynurə Xudaverdiyeva