Ukraynanın qərbindəki İvano-Frankovsk şəhərində qadınlar döyüşə hazırlaşmağa başlayıb.

"Unikal"ın "The Guardian"a istinadən verdiyi xəbərə görə, təlimlər zirzəmidə Ukrayna ordusunun keçmiş polkovniki Serhiy Korneliyeviç Hamçuk adlı şəxs tərəfindən keçirilir.

Yaşları 18-51 arasında olan 10 qadın, əsasən, Kalaşnikov silahları ilə müharibəyə hazırlaşırlar. 

Ukraynanın qərbindəki ən böyük şəhərlərdən biri olan İvano-Frankivsk şəhərinin meri bildirib ki, şəhərdəki beş məktəbdə atıcılıq kursları açılacaq. 

"Kişilərin təlim keçə biləcəyi başqa institutlar da var, lakin bunlar qadınlar üçün təşkil olunan xüsusi kurslardır. Qadınlar özlərini və ailələrini qorumağa hazır olmalıdırlar", - şəhərin meri Ruslan Martsinkiv deyir.

51 yaşlı Natalia Anoşina tüfənglə necə davranmağı öyrənmək istəyəcəyini heç vaxt ağlına gətirməmişdi. Lakin Buçadakı vəhşilikləri eşidəndən sonra o, təlim keçmək fikrinə düşüb: "Bu kabusdur, sadəcə dəhşətdir. Beynim bu məlumatı, bu qorxunu dərk edə bilmir". 

Ağarza Elçinoğlu