Bolqarıstanın Baş naziri Kiril Petkov bir aylıq maaşını "silah almaq məqsədilə" Ukraynaya bağışladığını açıqlayıb.

"Unikal" xəbər verir  ki, o, bu barədə  sosial şəbəkə hesabından paylaşım edib.

"Ukraynaya silah yardımı siyasi və sosial qərar birliyindən asılıdır. Bu mövzuda cəmiyyətdə ifrat fikirlər paylaşılır. İndi bu enerjini reallığa çevirmək lazımdır", - deyə  o, bildirib.