İranda bu gün səhər saatlarında baş verən qatar qəzası nəticəsində ölənlərin sayı 21 nəfərə yüksəlib.

"Unikal" xəbər verir ki, yaralıların sayı isə 86 nəfərə çatıb.

***

10:19

İranın şimal-şərqində yerləşən Tabas şəhərindən təxminən 50 km aralı Mazinou dəmiryol stansiyasında sərnişin qatarının relsdən çıxması nəticəsində azı 17 nəfər ölüb, 50-yə yaxın sərnişin yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə İran Qırımızı Aypara Cəmiyyəti Cənubi Xorsan idarəsinin direktoru Müctəba Xaledi bildirib.

***08:49

İranda Məşhəd şəhərindən Yəzd şəhərinə gedən qatar relsdən çıxıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində13 nəfər ölüb, 50 nəfər yaralanıb. Yaralılardan 12 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Əraziyə xilasedici qüvvələr sövq edilib.