Huawei Rusiyadakı rəsmi mağazalarını bağlamağa başlayıb. 19 mağazadan dördü artıq fəaliyyətini dayandırıb.

Bu barədə  "Unikal" RİA Novosti-yə istinadən xəbər verir.
Şirkət yaxın aylarda daha bir neçə mağazanı bağlaya bilər.

Huawei, Nokia və Ericsson ilə birlikdə qlobal telekommunikasiya avadanlığı təchizatçıları üçlüyündən biridir.

İndi Rusiyadakı bu şirkətlərdən yalnız Huawei qalır.

Ramil Zeynallı