Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 3 YPG (PKK terror təşkilatının Suriya qolu) terrorçusunu zərərsizləşdirib.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, zərərsizləşdirilmiş terrorçular Türkiyə Silahlı Qüvvələrinin "Sülh çeşməsi" antiterror əməliyyatı zonasına silahlı hücum hazırlayırmışlar.

Bildirilir ki, əməliyyat artilleriya atəşi dəstəyi ilə həyata keçirilib.