Türkiyənin Hatay rayonunun Arsuz bölgəsində anbarda güclü yanğın baş verib. 

"Unikal" "Anadolu Ajansı"na istinadən xəbər verir ki, yanğına havadan və qurudan müdaxilə davam edir.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. 

Hatay Böyükşəhər Bələdiyyəsi Xilasetmə qrupları və Meşə Ümumi Müdirliyi tərəfindən bölgəyə helikopterlər göndərilib.

Ağarza Elçinoğlu