Yunanıstanda meymunçiçəyinə ilk yoluxma halı aşkarlanıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir  kio, ölkədə ilk meymunçiçəyi hadisəsi Andreas Sinqros xəstəxanasında aşkarlanıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Dr.Tedros Adhanom Qebreyes bu gün təşkilatın Cenevrədəki mənzil-qərargahında keçirilən həftəlik iclasda bildirib ki, virusun endemik olmadığı 29 ölkədən ÜST-yə bildirilən mindən çox hadisə təsdiqlənib və virusa görə hələ də insan itkisi olmayıb.