Ukrayna və Rusiya arasında daha bir qrup hərbçinin meyitləri dəyişdirilib.

"Unikal" Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Ukrayna tərəfinə 35 hərbçinin cəsədinin qaytarıldığını, əvəzində Rusiya tərəfinə 50 hərbçinin meyitinin verildiyini açıqlayıb.
Hərbçi meyitlərinin qarşılıqlı qaytarılması ilə bağlı prosesin qarşıdakı günlərdə də davam etdirilməsi planlaşdırılır.