İndoneziyada Lavrov və Çavuşoğlu arasında görüş başlayıb.

"Unikal" xəbər verir ki, Lavrov G20 ölkələrinin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün İndoneziyanın Bali adasına səfər edib. 

***09:53

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və rusiyalı həmkarı Sergey Lavrovla  görüşəcək.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, nazirlər G-20 ölkələrinin XİN başçılarının İndoneziyada keçiriləcək toplantısı çərçivəsində bir araya gələcəklər.

Bildirilir ki, Çavuşoğlu və Lavrov regional və beynəlxalq məsələləri müzakirə edəcəklər.