Rusiya ordusunun Ukraynanın S-300-ü məhv etməsinin görüntüləri yayımlanıb.

"Unikal" xəbər verir ki, rus əsgərinin Ukrayna raket qurğusuna yaxın məsafədən atəş açması ilə bağlı görüntülər "Telegram"da yayımlandıqdan sonra sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. 

Belə ki,  Rusiyayönlü kanalda paylaşılan videoda rus əsgəri bir neçə metr aralıda tərk edilmiş Ukrayna S-300 raket buraxılış qurğusunu hədəf alması göstərilir.

Videoda əsgərin hədəf aldığı S-300-ün yüksək səslə partladığı da yer alıb. 

Rusiya tərəfindən edilən açıqlamada hücumdan sonra heç bir rus əsgərinin xəsarət almadığı açıqlanıb.

Gülayə Mecid