"Facebook" sosial şəbəkəsi Ukraynanın eks-prezidenti Pyotr Poroşenkonun rusların hərbi cinayətlərindən bəhs etdiyi yazısını bloklayıb.

"Unikal" xəbər verir  ki, bu barədə Poroşenko yerli KİV-lərdən birinə açıqlamasında deyib. 

"Problem deyil. Bizə, ukraynalılara, işğalçıların torpağımızdakı əməlləri barədə bütün dünyaya həqiqəti söyləməyə heç nə və heç kim mane olmayacaq. Biz rusiyalı qatillərin cinayətlərini təsvir etmək üçün başqa sözlər tapacağıq, lakin bu, bizim onlara münasibətimizi dəyişməyəcək”, - keçmiş prezident deyib. 

Gülayə  Mecid