Böyük Britaniya Silahlı Qüvvələrinin rəhbəri Toni Radakin Kiyevə səfər edib.

"Unikal" xarici KİV-ə istinadən xəvər verir ki, Ukraynanın paytaxtında o, sözügedən ölkənin Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ilə görüşüb.

"48 saatlıq səfərim mənə əməliyyat perspektivini daha yaxşı başa düşməyə və Böyük Britaniyanın Ukraynaya dəstəyini necə davam etdirə biləcəyini və digər beynəlxalq tərəfdaşlara və müttəfiqlərə qarşıdakı həftələrdə və aylarda Ukrayna Silahlı Qüvvələrini dəstəkləməkdə necə kömək edə biləcəyimizi müzakirə etməyə imkan verdi", - Radakin bildirib. 

Qeyd edək ki, Böyük Britaniya Ukraynaya 1,2 milyard dollarlıq hərbi yardım paketi verəcək. 

Ağarza Elçinoğlu