Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi rusiyalı həmkarı Sergey Lavrovun da olduğu G20 ölkələrinin xarici işlər nazirlərinin rəsmi şam yeməyinə qatılmamaq qərarına gəlib.

Bu barədə "Unikal" Yaponiyanın Kyodo agentliyinə istinadən xəbər verir.

“Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı nəzərə alınaraq qərara alınıb ki, Yaponiya xarici işlər nazirinin olması məqsədəuyğun deyil”, - xəbərdə deyilir.

Hər iki nazir İndoneziyanın Bali adasındadır və burada G20 nazirlərinin iclaslarında iştirak edirlər. Lavrov orada bir sıra görüşlər keçirəcək, o cümlədən Türkiyə və Çinin xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Vanq Yi ilə görüşəcək.

Ramil Zeynallı