Ruslar Ukraynaya qarşı müharibəyə belarusları (keçmiş hərbçilər) cəlb edir.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksiy Qromov brifinqdə çıxışı zamanı bildirib.

“Belarus Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin dəstəyi ilə ölkə Ukrayna ərazisində mümkün hərbi əməliyyatlarda iştirak etmək üçün “Liqa” özəl hərbi şirkəti ilə müqavilələr bağlayaraq keçmiş hərbi qulluqçuları, ilk növbədə xüsusi təyinatlıları, uçuş heyətini cəlb edir". 

Belarusun Ukrayna ərazisinə birbaşa müdaxiləsinə gəlincə, o qeyd edib ki, hazırda belə bir ehtimal aşağı səviyyədə qiymətləndirilir.

Qromovun sözlərinə görə, bu gün çox güman ki, Ukrayna qoşunlarının fəaliyyətini öyrənmək və təhlil etmək məqsədilə Belarusun Ukrayna ilə həmsərhəd cənub rayonlarında nümayişlər və kəşfiyyat işləri davam etdiriləcək: "Rusiya xüsusi xidmət orqanlarının Belarusdakı obyektlərdə sonradan ukraynalıların ittihamları ilə təxribat törətməsi ehtimalı yüksək olaraq qalır". 

Eyni zamanda, Qromov vurğulayıb ki, Rusiya qoşunlarının bölmələri Belarus Respublikası ərazisində qalmaqda davam edir.

"Bundan başqa, Belarus Zyabrovka aerodromunu Rusiyanın tam nəzarətinə verib, burada Rusiya hərbi bazasının təchiz edilməsi üçün tədbirlər görülür. Hazırda aerodromda "İsgəndər-M" əməliyyat-taktiki raket kompleksinin raket diviziyası və S-400 "Triumf" yerləşir".

Rəis müavini həmçinin bildirib ki, gələn ay Belarus hərbçilərinin Rusiyanın Hərbi Kosmik Akademiyasında təlim keçməsi üçün ezamiyyət planlaşdırılıb. 

Ramil Zeynallı