Rusiya hələ də Qərbə qarşı mübarizədə ciddi addımlar atmağa başlamayıb.

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasının fraksiya rəhbərləri ilə görüşündə deyib.

“Onlar bizi döyüş meydanında məğlub etmək istəyirlər – qoy cəhd etsinlər. Biz getdikcə tez-tez eşidirik ki, Qərb dövlətləri bizimlə sonuncu ukraynalıya qədər vuruşmaq istəyirlər. Təəssüf ki, görünür, işlər belə gedir. Bu isə Ukrayna xalqı üçün faciədir. Amma onlar bilməlidirlər ki, biz, ümumiyyətlə, hələ heç nəyə başlamamışıq”, - Putin bildirib.

Putinin fikrincə, Qərb bütün dünyaya öz dəyər və ideyalarını sırımağa çalışır. Lakin Rusiya prezidentinin sözlərinə görə, əksər dövlətlər bu şəkildə yaşamaq istəmir.

Gültəkin