Avropa aeroport kabusu ilə üz -üzədir.

"Unikal" xəbər verir ki, Avropada, xüsusilə İngiltərə, Almaniya, Hollandiya və Fransanın hava limanlarında yaşanan kadr çatışmazlığı uçuşlara mənfi təsir göstərib. Avropa hava limanlarında kadr çatışmazlığı səbəbindən xaos hökm sürür. Personel çatışmazlığı və Avropadakı hava limanlarında tətillər səbəbiylə THY-nin (Türkiyə Hava Yolları) Avropa əməliyyatlarında, xüsusilə Almaniya, İngiltərə, Hollandiya, Fransa və Belçikada ləngimələr yaşanır.

Tətil mövsümünün başlaması böhranı daha da dərinləşdirib.  Almaniya Türkiyədən müvəqqəti işçilər istəyib. Xüsusən də pandemiya dövründə çoxlu personalla yollarını ayıran London Hitrou, Paris Şarl de Qoll və Almaniya Berlin Düsseldorf hava limanları fəaliyyətlərini dayandırma həddinə çatıb. 

Almaniya ilk növbədə xaricdən işçi qəbulu üçün hərəkətə keçib. Baqaj daşımaq, təyyarələrə yükləmək və ya hava limanında qeydiyyat kassalarında işləmək üçün heç bir personal yoxdur.

Son günlər Hollandiyada yaranan kadr çatışmazlığı səbəbindən təhlükəsizlik zəifliyi ortaya çıxmağa başlayıb. Pandemiya dövründə heç bir personalı ixtisar etməyən və bütün işçiləri ilə yoluna davam edən Türk Hava Yolları və İstanbul Hava Limanı Operatoru İGA, Avropadakı böhrandan fərqli olaraq Türkiyənin bu böhrandan təsirlənməməsini təmin edib.