Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin vəkili Şalva Xaçapuridze səhhətinin pisləşdiyini açıqlayıb.

"Unikal" gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə onun vəkili məlumat verib.

Onun sözlərinə görə, Saakaşvilinin səhhəti çox ağırdır, sifəti 2-3 gün əvvəl dünyasını dəyişən adamın üzünə bənzəyir:

“O, çox xəstədir. Üzü qaralıb, piqmentlər əmələ gəlib, əlləri süstləşib, üzü 2-3 gün əvvəl ölən adamın üzünə bənzəyir. Vəziyyəti çox ağırdır. Müalicəyə gəlincə, ilk növbədə cəzanın təxirə salınması lazımdır, ondan sonra həkimlər onun harada müalicə olunacağına qərar verəcəklər. Əldə etdiyim məlumata görə, Gürcüstanda belə xəstəliklər müalicə olunmur”- Xaçapuridze bildirib.

Gültəkin