Meksikanın Xalisko əyalətində ikisi polis olmaqla 3 nəfərin cəsədi avtomobildə tapılıb.

"Unikal" xəbər verir ki, əyalətin Mazamitla şəhərində içərisində 3 nəfərin olduğu tərk edilmiş avtomobil tapılıb.

Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri avtomobildə olan 3 nəfərin həlak olduğunu müəyyən edib. Müayinədən sonra meyitlərdən ikisinin bir müddət əvvəl yoxa çıxan 2 polisə aid olduğu məlum olub.

Bölgəyə çoxlu sayda polis sövq edilib və hücum edənlərin tutulması üçün işlər davam etdirilir.

Gülayə  Mecid