Türkiyənin Van vilayətinin Tuşba rayonunda 4.1 bal gücündə zəlzələ olub.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 12:37-də yerin 5 kilometr dərinliyində qeydə alınıb. Təbii fəlakətdən ölən və yaralananlar barədə hələlik məlumat açıqlanmır.